"İnter" Gürcüstana yola düşür

XƏBƏR 7 Oktyabr 2013 / 17:18 1280
-  A +

Bakının "İnter" klubu "DÇ-2014"ün seçmə mərhələsində milli komandaların oyunu ilə əlaqədar Topaz Premyer Liqada yaranmış fasilədən səmərəli istifadə etməyi planlaşdırır.

Qol.Az-ın məlumatına görə, Kaxaber Sxadadzenin komandası bu məqsədlə Gürcüstana yola düşəcək.

"Bankirlər"in qonşu ölkədə bir neçə yoxlama görüşü keçirəcəyi də istisna olunmur.

Qeyd edək ki, "İnter" klubu geridə qalan 9 turdan sonra 10 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.


Son xəbərlər
22.04.26  18:32

PSJ-yə keçə bilər

topaz banner