"Qarabağ" sabah başlayır

"Qarabağ" sabah başlayır
XƏBƏR 7 Oktyabr 2013 / 16:37 1616
-  A +

"Qarabağ" klubu sabahdan məşqlərə başlayacaq.
 
Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Premyer Liqanın ilk dövrəsinin son turunda "Bakı"yla baş tutan qarşılaşmadan sonra baş məşqçi Qurban Qurbanov milli komanda oyunları ilə əlaqədar yaranmış fasiləyə görə futbolçulara 3 günlük istirahət imkanı yaratmışdı. Ağdam təmsilçisi sabah yenidən yığışaraq məşqlərə başlayacaq. Qeyd edək ki, əsas millimizə 5, Albaniyaya 2, Gürcüstan millisinə 1 futbolçu göndərən komandaya digər legionerlər bu gecə qoşulacaq. 

Xatırladaq  ki, "Qarabağ" oktyabrın 20-də baş tutacaq X turda "Sumqayıt"ın qonağı olacaq.

Son xəbərlər
22.04.26  18:32

PSJ-yə keçə bilər

topaz banner