"Mançester Yunayted" və Belçika millisi ciddi itki ilə üzləşdi

"Mançester Yunayted" və Belçika millisi ciddi itki ilə üzləşdi
XƏBƏR 7 Oktyabr 2013 / 14:09 2109
-  A +

"Mançester Yunayted" klubu və Belçika millisi ciddi itki ilə üzləşib.

Qol.Az-ın məlumatına görə, komandanın yarımmüdafiəçisi Maruan Fellaini zədələnərək sıradan çıxıb.

Çempionlar Liqasının qrup mərhələsində "Şaxtyor" (Donetsk) klubu ilə oyunda (1:1) biləyindən zədələnən futbolçunun tibbi müayinəsinin nəticəsi açıqlanıb. Təcrübəli futbolçu ən azı 3 ay yaşıl meydanlardan kənar qalacaq.

Qeyd edək ki, artıq Fellaininin "DÇ-2014"ün seçmə mərhələsində Belçikanın qarşılaşacağı Xorvatiya və Uelslə oyunlarını buraxacağı dəqiqləşib.

Daha çox


Son xəbərlər
22.04.26  18:32

PSJ-yə keçə bilər

topaz banner