Dieqo Kosta "Atletiko"nun tarixinə düşdü

Dieqo Kosta "Atletiko"nun tarixinə düşdü
XƏBƏR 7 Oktyabr 2013 / 12:53 2509
-  A +

"Atletiko"nun (Madrid) futbolçusu Dieqo Kosta klubun tarixinə düşüb.

Qol.Az-ın "Marca"ya istinadən verdiyi məlumata görə, hücumçu La Liqanın 8-ci turunda "Selta" ilə matçda dubl edərək cari mövsümdə ard-arda beşinci oyunda qol vurub.

Bununla da o, Dieqo Forlanın rekordunu yeniləyib. Əgər Kosta 9-cu turda "Espanyol"la matçda da  fərqlənə bilsə, yeni rekorda imza atmış olacaq.

Qeyd edək ki, 24 yaşlı futbolçu bu mövsüm cari çempionatda forma geydiyi 8 matçda 10 qol vurub.


Son xəbərlər
25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner