Subaşiçin qolu Nduka və Popoviçi məyus etdi

Subaşiçin qolu Nduka və Popoviçi məyus etdi
XƏBƏR 7 Oktyabr 2013 / 00:30 2478
-  A +

Türkiyə PTT Birinci Liqasında 8-ci turun oyunları keçirilib.

Qol.Az-ın xəbərinə görə, milli komandamızın üzvü  Branimir Subaşiçin çıxış etdiyi “Orduspor” Andrey Popoviçlə Usim Ndukanın şərəfini qoruduğu  “Tavşanlı Linyitspor” klubu ilə qarşılaşıb.
 
 
Popoviçin adı 18-likdə olmasa da, Subaşiç və Nduka  start heyətdə meydana çıxıblar.

Görüş "Orduspor"un 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu isə Subaşiç vurub.
 
Qeyd edək ki, “Orduspor” 16 xalla 2-ci, “Tavşanlı Linyitspor” isə 6 xalla 16-cı pillədə qərarlaşıb.

Daha çox


Son xəbərlər
22.04.26  18:32

PSJ-yə keçə bilər

topaz banner