Baş məşqçidən şok qərar: Gecə saat 4-də məşq

Baş məşqçidən şok qərar: Gecə saat 4-də məşq
XƏBƏR 6 Oktyabr 2013 / 02:11 3083
-  A +

Türkiyənin “Bursaspor” klubunun baş məşqçisi Kristof Daum komandanın futbolçularını gecə saat 4-də məşqə çıxarıb.
 
Bu barədə komandanın qapıçısı Sebastyan Fray “twitter” səhifəsində yazıb.
 
O, komanda yoldaşları ilə paltardəyişmə otağında çəkdirdiyi şəkli də yerləşdirərək, “Həyatımda ilk dəfə gecə saat 4-də məşqə çıxacağam” tvitini atıb. Məşq yağmurlu hava şəraitində 30 dəqiqəyədək davam edib. Ötən gün “Karabükspor”la Türkiyə Superliqası matçında start heyətdə meydana çıxan futbolçular yüngül qaçışla kifayətləndikləri halda, digərləri xeyli qaçıblar. Bundan sonra almaniyalı mütəxəssis komandaya oktyabrın 8-dək istirahət verib.
 
Qeyd edək ki, “Bursaspor” Superliqada 7-ci turun açılış matçında “Karabükspor”u səfərdə minimal hesabla yenib – 1:0. Oyundan sonra Bursayadək 5,5 saatlıq yol qət etdikdən sonra komanda üzvləri məşqə çıxıblar. Hazırda 8 xala malik 2 komanda 9-10-cu yerləri bölüşdürürlər (Lent.az).

Son xəbərlər
22.04.26  18:32

PSJ-yə keçə bilər

topaz banner