Topaz Premyer Liqasının 9-cu turunda baş tutan "Rəvan” - "Xəzər Lənkəran” qalib müəyyənləşməyib.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu görüş bir sıra cəhətləri ilə diqqət çəkib.
Belə ki, "Rəvan” "Xəzər Lənkəran” ilə görüşdə heç-heçə etməklə evdə ardıcıl 3-cü dəfə "sülh” bağlayıb. Bir ara 26 oyunluq heç-heçəsiz seriya ilə yadda qalan komanda üçün doğma divarlar arasındakı bu cür seriya ilk hal deyil. Çünki "Rəvan" Premyer Liqada iştirak etdiyi ilk mövsümdə (2011/12) 2-4-cü ev oyunlarında da dalbadal "sülh”ləri sıralamışdı. Başqa sözlə, komanda təxminən 2 ildən sonra yenə evdə 3 oyunluq heç-heçə seriyası ilə yadda qalıb.
"Rəvan” "Xəzər Lənkəran”a yenə evdə uduzmayıb. Maraqlıdır ki, Bakıda keçirilən 4 oyunun hamısında komandalar ən çoxu 1 qol vurub. 3 halda qollar qarşılıqlı olduğundan heç-heçə qeydə alınıbsa, paytaxt təmsilçisi ötən mövsüm lənkəranlıları 1:0 hesabı ilə üstələmişdi.
"Rəvan” Azərbaycan çempionatları çərçivəsində 25-ci dəfə heç-heçə oynayıb. Bunlardan 7-si I divizionda, 18-i isə Premyer Liqada reallaşıb. Komanda Premyer Liqada evdə 50-ci qolunu buraxdığı görüşdə ümumilkdə 175-ci qolunu (I divizionda 86, Premyer Liqada 89) vurub. Bu həm də "Rəvan”ın çempionat oyunlarındakı ev matçlarında rəqib qapısından keçirdiyi 90-cı (I divizionda 41, Premyer Liqada 49) top olub.
Yubiley qolunun müəllifi olan Sohib Savankulov isə "Rəvan” forması ilə Premyer Liqada fərqlənən 24-cü oyunçusudur. Tacikistan millisinə dəvət alan müdafiəçi həm də Premyer Liqada qol vurmuş ilk tacik futbolçu kimi tarixə düşüb.
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?