Mourinyo: "Çelsi"nin heyəti güclü deyil"

Mourinyo: "Çelsi"nin heyəti güclü deyil"
XƏBƏR 5 Oktyabr 2013 / 10:30 2287
-  A +

"Çelsi"nin baş məşqçisi Joze Mourinyo keçirdiyi mətbuat konfransında maraqlı açıqlamalar verib.

Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, Premyer Liqada mübarizənin sona qədər davam edəcəyini deyən portuqaliyalı mütəxəssis xal itirmələrini normal qarşılayıb.

Ancaq o, komandanın heyətinin o qədər də güclü olmamağından narazılığını ifadə edib:

"Hər həftə liqada xal itirənlər olacaq. "Arsenal" "Aston Villa"ya uduzmuşdu, "Mançester Siti" "Kardiff"ə. Bir sözlə, hər klub xal itirə bilər. Ancaq onu bildirməliyəm ki, komandamın hazırkı heyəti məğlubedilməyəcək qədər güclü deyil" - deyə Mourinyo qeyd edib.

Son xəbərlər
22.04.26  18:32

PSJ-yə keçə bilər

topaz banner