Vladislav Qədirov: "Heç-heçəyə görə məyusam"

Vladislav Qədirov: "Heç-heçəyə görə məyusam"
XƏBƏR 4 Oktyabr 2013 / 21:47 1750
-  A +

“Oyun gərgin idman mübarizəsində keçdi. “Xəzər Lənkəran”ın güclü hücum xətti var. Futbolçular verdiyim tapşırıqları yerinə yetirdilər. Komandama oyuna görə təşəkkür edirəm. Xüsusən də, İvan Pexa zədələnməsinə baxmayaraq, sona kimi meydanda mübarizə apardı".

Qol.Az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, bu sözləri "Rəvan"ın baş məşqçisi Vladislav Qədirov Topaz Premyer Liqanın 9-cu turunda "Xəzər Lənkəran"la oyundan (1:1) sonra deyib.

"Rəqib komandanın da qol imkanları oldu. Çempionatda zəif komanda yoxdur. Heç-heçəyə görə məyusam" - deyə o bildirib.


Son xəbərlər
22.04.26  18:32

PSJ-yə keçə bilər

topaz banner