Ruslan Abışov 74 dəqiqə oynadı, tərifləndi

Ruslan Abışov 74 dəqiqə oynadı, tərifləndi
XƏBƏR 4 Oktyabr 2013 / 11:21 2759
-  A +

Azərbaycan milli komandasının futbolçusu Ruslan Abışov Rusiyanın “Rubin” klubunun heyətində növbəti oyununu keçirib.

26 yaşlı müdafiəçi Avropa Liqasında D qrupunun 2-ci turunda Belçikanın “Zulte Varegem” komandası ilə matçda start heyətində yer alıb.
 
74 dəqiqə meydanda olan Abışov “Rubin”in qapısını toxunulmaz saxlamasında az rol oynamayıb. Onun komanda yoldaşları isə rəqibi 4 dəfə məyus ediblər. Millimizin futbolçusu yerini Kris Mavinqaya verərkən, Kazan təmsilçisi 2:0 hesabı ilə öndə olub. Hesabı 60-cı dəqiqədə “Zulte Varegem”in futbolçusu Frederik Duplus açıb. O, topu öz qapısına göndərib. 73-cü dəqiqədə “Rubin”in yarımmüdafiəçisi Roman Yeryomenko iknci qolu vurub. Daha sonra 81-ci dəqiqədə Aleksandr Ryazantsev 3-cü, 89-cu dəqiqədə Bibras Natxo 4-cü topun müəllifi olub.
 
Görüşün ardından təşkil olunmuş mətbuat konfransında “Rubin”in baş məşqçisi Kurban Berdıyev Abışov barədə də fikirlərini açıqlayıb: “Ruslan mütləq məqsədinə çatacaq. Çünki o, böyük istəklə çıxış edir”.
 
Qeyd edək ki, “Rubin” Avropa Liqasında növbəti oyununu oktyabrın 24-də İngiltərədə “Uiqan”a qarşı keçirəcək (Lent.az).

Son xəbərlər
22.04.26  18:32

PSJ-yə keçə bilər

topaz banner