"Traktor Sazi"dən növbəti qələbə

"Traktor Sazi"dən növbəti qələbə
XƏBƏR 4 Oktyabr 2013 / 10:16 1742
-  A +

Futbol üzrə İran çempionatının 12-ci həftəsinin oyunları keçirilib.
 
Qol.Az-ın məlumatına görə, Tehranın Təxti adına stadionunda Təbrizin "Traktor Sazi" klubu ilə yerli  "Rah ahən" ("Dəmiryolu") komandası arasında keçirilən oyun qonaqların xeyrinə başa çatıb.
 
Qarşılaşmanın birinci hissəsində "Traktor Sazi" 2 qol vurub. İkinci hissədə isə ev sahibələri bir qola fərqlənib.
 
 
Beləliklə, ümumi hesab 1:2  hesabı ilə təbrizlilərin xeyirinə başa çatıb.
 
Bu qələbədən sonra  "Traktor Sazi" 22 xalla turnir cədvəlində 2-ci yerə yüksəlib.

Son xəbərlər
25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner