"Bavariya" İbrahimoviçi UEFA-ya şikayət etdi

"Bavariya" İbrahimoviçi UEFA-ya şikayət etdi
XƏBƏR 3 Oktyabr 2013 / 18:56 3535
-  A +

"Bavariya" klubu PSJ-nin hücumçusu Zlatan İbrahimoviçi UEFA-ya şikayət edib.

Qol.Az-ın məlumatına görə, buna isveçli forvardın sabiq baş məşqçisi Pep Qvardiola haqda səsləndirdiyi fikilər səbəb olub.

İbrahimoviçin Qvardiolanı qorxaq adlandırması ilə barışmayan Münhen təmsilçisi baş məşqçisini müdafiə etmək üçün UEFA-ya şikayətini bildirib. "Bavariya"nın idarə heyətinin prezidenti Karl Haynz Rummeniqe UEFA-nın İbrahimoviçə lazımi cəzanı verəcəyinə inandığını deyib.

Qeyd edək ki, İbrahimoviç daha öncə verdiyi açıqlamasında Qvardiolanı qorxaq adlandırmış və "Barselona"dan ayrılmasında məhz onun günahkar olduğunu söyləmişdi.
 


Qarabağ FK
Son xəbərlər
topaz banner