"Bakı"nın futbolçuları Litva millisinə çağırıldı

"Bakı"nın futbolçuları Litva millisinə çağırıldı
XƏBƏR 3 Oktyabr 2013 / 13:36 1145
-  A +

"DÇ-2014"ün seçmə mərhələsi çərçivəsində bu ay Latviya və Bosniya/Hersoqovina ilə qarşılaşacaq Litva millisinin heyəti açıqlanıb.

Qol.Az-ın məlumatına görə, baş məşqçi İqor Pankratyev qarşıdakı oyunlar üçün 25 futbolçuya dəvət göndərib.

"Bakı" klubunun iki futbolçusu - Deyvidas Çexnauskis və Mindauqas Kalonas da Litva millisinə dəvət alıb.

Qeyd edək ki, Litva millisi oktyabrın 11-də evdə Latviya, 4 gün sonra isə Bosniya/Hersoqovinanı qəbul edəcək.


Son xəbərlər