Arda "Qalatasaray"ı tək buraxmadı

Arda "Qalatasaray"ı tək buraxmadı
XƏBƏR 3 Oktyabr 2013 / 11:30 2973
-  A +

"Atletiko"nun (Madrid) futbolçusu Arda Turan sabiq klubu "Qalatasaray"a dəstək olub.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, türk yarımmüdafiəçi dünən Torinoya gələrək, Çempionlar Liqasının qrup mərhələsində baş tutan "Yuventus" - "Qalatasaray" matçının stadiondan izləyib.

Qarşılaşmanı həyəcanla izləyən Arda oyunun hakiminin İstanbul klubunun qapısına penalti təyinetmə qərarına əsəbiləşib.

Matçdan sonra isə futbolçu keçmiş komanda yoldaşlarını təbrik edərək stadiondan ayrılıb.


Son xəbərlər
23.04.26  13:19

Yamal zədələndi

topaz banner