Antonio Konte: "Qrupdan çıxmağımız çətin görünür"

Antonio Konte: "Qrupdan çıxmağımız çətin görünür"
XƏBƏR 3 Oktyabr 2013 / 10:46 2156
-  A +

"Çox təəssüflənirəm. Çünki matçı istədiyimiz kimi idarə edə bilərdik.  Rəqibin sonuncu qolu vurmağına imkan verməyə bilərdik. Ancaq futbol belədir. Oyun bitənə qədər diqqətli olmalısınız.

Qol.Az-ın İtaliya mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri "Yuventus"un baş məşqçisi Antonio Konte Çempionlar Liqasının qrup mərhələsində "Qalatasaray"la oyundan (2:2) sonra deyib.

44 yaşlı mütəxəssis qrupdan çıxmaq şanlarının onlar üçün daha da çətinləşdiyini bildirib: "Artıq işimiz asan deyil. Önümüzdə bir yoxuş var. Ancaq buna baxmayaraq, qarşıdakı dörd matçda əlimizdən gələni etmək məcburiyyətindəyik. Əgər bu qrupdan çıxmağı bacarsaq, yaxşı səviyyəyə sahib olduğumuzu göstərəcəyik".

 


Son xəbərlər
23.04.26  13:19

Yamal zədələndi

topaz banner