Venger: "Ronaldo "Arsenal"a transfer ola bilərdi"

Venger: "Ronaldo "Arsenal"a transfer ola bilərdi"
XƏBƏR 3 Oktyabr 2013 / 10:28 2262
-  A +

"Arsenal"ın baş məşqçisi Arsen Venger maraqlı açıqlamalar verib.

Qol.Az-ın "İTV4" kanalına istinadən verdiyi məlumata görə, o, "Real"ın futbolçusu  Kriştiano Ronaldonun 18 yaşında ikən London klubuna transfer olmaq üzrə olduğunu deyib. Ancaq təcrübəli mütəxəssis bunun menecerlər səbəbindən gerçəkləşmədiyini bildirib: "Onu heyətə qatmağa çox yaxınlaşmışdıq. Hətta klub onun üçün 9 nömrəli forma hazırlamışdı. Ancaq menecerlərə görə bu, baş tutmadı".

Son xəbərlər