"Qalatasaray" futbolçularını mükafatlandırdı

"Qalatasaray" futbolçularını mükafatlandırdı
XƏBƏR 3 Oktyabr 2013 / 10:12 2628
-  A +

Türkiyənin "Qalatasaray" klubu futbolçularını  mükafatlandırıb.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Çempionlar Liqasında "Yuventus"la matçda (2:2) komandanın çıxışından razı qalan rəhbərlik oyunçularından hər birinə 250 min dollar ödəmək qərarı verib.

Əgər İstanbul klubu qələbə qazansa idi, hər futbolçu  400 min dollarla mükafatlandırılacaqdı.

Qeyd edək ki, bu heç-heçə ilə "Qalatasaray" cari mövsüm ÇL-də ilk xalını qazanmış oldu.


Son xəbərlər