Millimizin üzvü qol vurdu, komandası mərhələdə adladı

Millimizin üzvü qol vurdu, komandası mərhələdə adladı
XƏBƏR 3 Oktyabr 2013 / 02:07 2502
-  A +

Azərbaycan milli komandasının hücumçusu Cihan Özkaranın şərəfini qoruduğu "Sivasspor" klubu Türkiyə kubokunun II turunda "Bucak Bələdiyyəspor Oğuzxanspor"la qarşılaşıb.

Qol.Az-ın məlumatına görə, Sivasda keçirilən oyun meydan sahiblərinin böyükhesablı qələbəsi ilə başa çatıb.

Oyunun start heyətində meydana çıxan Özkara final fitinə qədər meydanda olub. Millimizin üzvü matçın 49-cu dəqiqəsində rəqib qapısına yol tapmaqla hesabı 2:0-a çatdırıb. Yekunda 5:0 hesabı ilə qələbə qazanan "Sivasspor" növbəti mərhələyə adlayıb.


Son xəbərlər