Rayan Qiqqz rekorda doğru

Rayan Qiqqz rekorda doğru
XƏBƏR 2 Oktyabr 2013 / 19:20 2528
-  A +

"Mançester Yunayted"in təcrübəli futbolçusu Rayan Qiqqz bu axşam Çempionlar Liqasında "Şaxtyor"la matçda forma geyəcəyi təqdirdə rekorda imza atacaq.

Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, 39 yaşlı oyunçu axşamkı görüşdə oynayarsa, ÇL-də 145-ci matçına çıxmış olacaq.

Bununla da o, 144 oyun ilə zirvədə olan Raul Qonzales geridə qoyaraq turnirdə ən çox forma geymiş futbolçu olacaq.

Qeyd edək ki, bu siyahıda hazırda Maldini (140) üçüncü, Xavi (136) isə  dördüncüdür.

Daha çox


Son xəbərlər