Azərbaycan - Şimali İrlandiya matçı italiyalı hakimə tapşırıldı

Azərbaycan - Şimali İrlandiya matçı italiyalı hakimə tapşırıldı
XƏBƏR 2 Oktyabr 2013 / 17:53 1800
-  A +

"DÇ-2014"ün seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan - Şimali İrlandiya, dörd gün sonra baş tutacaq Azərbaycan - Rusiya oyunlarını idarə edəcək hakimlərin adları açıqlanıb. 

Qol.Az-ın məlumatına görə, millimizin Şimali İrlandiya ilə oyununu italiyalı, Rusiya ilə matçı isə serbiyalı hakimlər idarə edəcək. 

Qeyd edək ki, Şimali İrlandiya ilə oyun oktyabrın 11-də saat 21:00-da, Rusiya ilə görüş isə 4 gün sonra saat 22:00-da başlayacaq.




 
Azərbaycan - Şimali İrlandiya
Baş hakim:
Andrea De Marko
Baş hakimin köməkçiləri: Rikardo Di Fiore, Alessandro Giallatini
Dördüncü hakim: Mauro Bergonzi
(Hakimlər briqadası İtaliyadandır)
Hakim-inspektor: Adrian Kaşa (Malta)
Komissar: Kuaniş Kanapyanov (Qazaxıstan)
 
Azərbaycan – Rusiya
Baş hakim: Milorad Maziç
Baş hakimin köməkçiləri: Milovan Ristiç, Dalibor Corceviç
Dördüncü hakim: Boşko Yovanetiç
(Hakimlər briqadası Serbiyadandır)
Hakim-inspektor: Siegfried Kirschen (Almaniya)
Komissar: Dusan Tittel (Slovakiya)

Son xəbərlər