"Rəvan" hazırlıqlarını davam etdirir

"Rəvan" hazırlıqlarını davam etdirir
XƏBƏR 2 Oktyabr 2013 / 17:40 1268
-  A +

"Rəvan” Topaz Premyer Liqasının 9-cu turu çərçivəsində "Xəzər Lənkəran”ı qonaq edəcək. 

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda oyuna hazırlığı "Bayıl Arena”da davam etdirir.

Baş məşqçi Vladislav Qədirovun rəhbərliyi altında keçirilən hazırlıqda futbolçular ruh yüksəkliyi ilə çalışır və onun tapşırıqlarını diqqətlə dinləyirlər.
 
AZAL ilə son tur matçından sonra başlayan məşqlərdə yalnız zədəli Tofiq Mikayılov və Elvin Həsənəliyev iştirak etmir. Qalan bütün komanda üzvləri hazırlığa qatılır. Məşqçilər daha çox futbolçuları toplu çalışmalar üzərində hazırlaşdırır. Məşqlər ümumilikdə taktiki-texniki yöndə olur.

Daha çox


Son xəbərlər