Abdulla Avcı "Bursaspor"u çalışdıra bilər

Abdulla Avcı "Bursaspor"u çalışdıra bilər
XƏBƏR 2 Oktyabr 2013 / 15:57 1674
-  A +

Türkiyə millisinin sabiq çalışdırıcısı Abdullah Avcı "Bursaspor"u çalışdıra bilər.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu mövsüm superliqada oynanılan 6 matçdan 5 xal toplayan klub yenicə komandaya gətirilən Kristof Daumla yolları ayırmaq niyyətindədir.

Bursa təmsilçisinin rəhbərliyi yeni baş məşqçisi olaraq A.Avcı ilə danışıqlara başlayıb. Klubun Daumla olan iki illik müqaviləni ləğv edərək türk mütəxəssisi komandaya gətirəcəyi bildirilir.


Son xəbərlər