Metropolitendən AFFA-ya cavab gəldi: “Son sərnişini daşıyanadək...”

Metropolitendən AFFA-ya cavab gəldi: “Son sərnişini daşıyanadək...”
XƏBƏR 2 Oktyabr 2013 / 14:56 2676
-  A +

Bakı Metropoliteni AFFA-nın müraciətini rəsmən cavablandırıb. Bu barədə Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəzakət Tarıverdiyeva Lent.az-a eksklüziv açıqlamasında bildirib.
 
“Oktyabrın 16-na keçən gecə qatarlar son sərnişini daşıyanadək işləyəcəklər. Bu addım Azərbaycan və Rusiya yığmaları arasında keçiriləcək 2014-cü il dünya çempionatının seçmə qrup matçından çıxan azarkeşlərin metro ilə evlərinə rahat çata bilmələri üçün atılıb”.
 
Qeyd edək ki, oktyabrın 15-də Bakının 8-ci km qəsəbəsindəki “Bakcell Arena”da keçiriləcək Azərbaycan – Rusiya matçı saat 22:00-da başlanacaq.

Son xəbərlər
23.04.26  13:19

Yamal zədələndi

topaz banner