“Arsenal”: 10 oyun, 10 qələbə

“Arsenal”: 10 oyun, 10 qələbə
XƏBƏR 2 Oktyabr 2013 / 14:30 2333
-  A +

Bu mövsümə məğlubiyyətlə başlayan "Arsenal" klubun tarixinə düşəcək bir qalibiyyət seriyası əldə edib.

Qol.Az-ın Britaniya mtəbuatına istinadən verdiyi məlumata görə, Premyer Liqada "Aston Villa"ya məğlubiyyətdən sona ard-arda 10-cu qələbəsini qazanan London klubu bir oyunda da qalib gələcəyi təqdirdə rekordunu qıracaq.

"Arsenal" 2003/2004 mövsümündə  11 oyun ardıcıl qələbə qazanaraq "məğlubedilməz" olaraq klubun tarixinə keçib.

Qeyd edək ki, London təmsilçisi bu mövsüm Premyer Liqada 5, İngiltərə Liqa kubokunda 1, Çempionlar Liqasında qrup mərhələsində 2, seçmə mərhələsində isə 2 oyunda qalib gəlib.


Son xəbərlər