Fergüsson: "Geri dönməyim mümkünsüzdür"

Fergüsson: "Geri dönməyim mümkünsüzdür"
XƏBƏR 2 Oktyabr 2013 / 13:38 2057
-  A +

Ötən mövsüm baş məşqçi karyerasını başa vuran Ser Aleks Fergüsson Amerikada bir televiziya proqramına maraqlı açıqlamalar verib.

Qol.Az-ın məlumatına görə, bir daha baş məşqçlik etməyi düşünmədiyini deyən şotlandiyalı mütəxəssis 26 il başında olduğu "Mançester Yunayted"in yeni çalışdırıcısı David Moyesin işindən razı qaldığını bildirib:
 
"MY" Moyes ilə əmin əllərdədir. O, çox yaxşı mütəxəssisdir. Mənim isə baş məşqçiliyə dönməyim  daha mümkünsüzdür. Qərarımı vermişəm, özü də çox düzgün zaman da. Geri dönmək şansım yoxdur və artıq yeni həyatım var".

Baş məşqçi olaraq çalışdırdığı dönəmlərdən də danışan A.Fergüsson Roman Abramoviçin "Çelsi"ni aldığı zaman ona təklif göndərdiyini də etiraf edib: "Ancaq mən bu təklifi gözübağlı rədd etdim".

Son xəbərlər