"Çelsi"nin hücumçusuna ikiqat zərbə

"Çelsi"nin hücumçusuna ikiqat zərbə
XƏBƏR 2 Oktyabr 2013 / 12:33 2259
-  A +

İngiltərənin “Çelsi” klubunun futbolçusu Fernando Torres zədələnib.

Lent.az-ın “Sky Sports”a istinadən verdiyi məlumata görə, ispaniyalı hücumçu Rumıniya “Styaua”sı ilə Çempionlar Liqasının qrup mərhələsinin 2-ci tur matçında dizindən xəsarət alıb.
 
Artıq 11-ci dəqiqədə əvəzlənən Torresin 2 həftəyədək sıradan çıxdığı açıqlanıb.
 
Qeyd edək ki, Fernando Torres İngiltərə Premyer Liqasında da 4 oyunluq diskvalifikasiya edilib. Bu səbəbdən, tanınmış futbolçu zədələnməsəydi belə, oktyabrın 6-da “Norviç”ə qarşı 7-ci tur matçında oynaya bilməyəcəkdi.

Son xəbərlər