Fransada oynayan futbolçular qəzəb içində

Fransada oynayan futbolçular qəzəb içində
XƏBƏR 2 Oktyabr 2013 / 12:00 1812
-  A +

İspaniyadan sonra Fransada da futbolçulardan alınan vergilər artırılacaq.

Qol.Az-ın eurosport.com-a istinadən verdiyi məlumata görə, növbəti ildən etibarən 1 milyon avrodan çox qazanan oyunçular gəlirlərinin 75 faizini vergi olaraq ödəmək məcburiyyətində qalacaqlar.

Bu barədə "Le Figaro" qəzetinə açıqlama verən ölkənin idman naziri Valerie Fourneyron məsələ ilə bağlı Fransa Futbol Federasiyasınından tövsiyələr aldıqlarını bildirib: " Bunu etməsəydik, gələcəyimiz İspaniya və İtaliya futbolu kimi olardı, yəni borca düşərdik".

Qeyd edək ki, Fransa hökumətinin bu qərarı ölkədə 1 milyondan artıq gəlir əldə edən futbolçuların narazılığına səbəb olub.


Son xəbərlər