2012-ci il London Yay Olimpiya Oyunlarında kanoeçilərimiz arasında Sergey Bezuqlıy – Maksim Prokopenko dueti medal qazanmağa çox yaxın idi. 2 nəfərlik qayıqla 1000 metr məsafəyə yürüşdə bu duet son 250 metrlik bölümə daxil olarkən, bütün rəqiblərindən öndə idi. Amma yekunda onlar nəinki liderliyi, hətta bürünc medal şanslarını da əldən verdilər və 4-cü yerlə kifayətləndilər. Olimpiadanın ardından bir müddət istirahət edən Bezuqlıy bu mövsüm bir neçə yarışda iştirak edib. Onun duet ortağı da dəyişib. İndi təcrübəli kanoeçimiz özündən 11 yaş kiçik Aleksey Kupinlə birgə hazırlıq keçir. Onlar hətta Almaniyanın Duysburq şəhərində keçirilmiş dünya çempionatında 500 metr məsafəyə yürüşdə əsas finaladək irəliləməyi bacarıblar. Çempionatı 5-ci yerdə başa vurmuş Bezuqlıy Azərbaycan Milli Avarçəkmə Federasiyasının rəsmi saytına müsahibəsində çıxışından razılıq ifadə edib:
- Mövsümü necə dəyərləndirə bilərdiniz?
- Hər şey normaldır. Bu mövsüm üçün böyük planlarım yox idi.
- Çıxışlarınızdan razısınız?
- Bəli. Özüm də gözləmirdim ki, belə çıxış edə bilərəm. Çünki hazırlıq prosesindən 7 ayadək kənarda qalmış və duet ortağımı dəyişmişdim. Uzun müddətdir birgə çıxış etdiyim Maksim Prokopenkonu Aleksey Kupin əvəzləmişdi.
- Bəs bu dəyişiklik çıxışlarınıza necə təsir etdi?
- Elə də təsir etmədi. Sadəcə, Kupinlə birgə hazırlığımız az oldu. Yeni duet ortağım cəmi 18 yaşında olsa da, bu il yeniyetmələr arasında Avropa çempionatını 2 bürünc medalla başa vurub. Deyə bilərəm ki, çox yaxşı və perspektivli oğlandır.
- Onunla böyük hədəflərə çatmağı mümkün sayırsınız?
- Bəli, ona çox ümid edirəm. Kupin artıq 3 ildir ki, millimizin baş məşqçisi Aleksandr Kolıbelnikovun rəhbərliyi altında çalışır.
- Kupini Maksim Prokopenko ilə müqayisə etmək mümkündür?
- Bəli. Amma hələ böyük yarış təcrübəsi yığmalıdır.
- 29 yaşda özünüzü necə hiss edirsiniz: London Yay Olimpiya Oyunlarından ötən bir il ərzində təcrübə yığmısınız, yoxsa yaş öz sözünü deyib?
- Özümü daha yaxşı hiss edirəm. Heç vaxt belə olmamışam (gülür)
- Rəqibləriniz arasında sizinlə rəqabətə hazır olan yeni duetlər ortaya çıxıb?
- Bu il macarıstanlı Henrik Vasbanyay – Robert Mike dueti peyda olub. Bu cütlük son dünya çempionatında 1000 metr məsafəyə yürüşdə qızıl, 500 metrlik yürüşdə bürünc medal qazandı. Qalan duetlər isə elə əvvəlki kimidirlər.
- London olimpiadasının finalını şərh edə bilərsiniz?
- Bu, mənim üçün çox çətindir. Son 250 metrlik bölümədək birinci olduğun halda, mövqeyini əldən vermək və yekunda heç mükafatçılar sırasına düşə bilməmək nadir hallarda baş verir. Lakin bu, idmandır. İdmanda bəxt amili də hərdən rol oynayır. Amma gələn dəfə mütləq bəxtim gətirməlidir.
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
UEFA Millətlər Liqasında günün oyun təqvimi
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?