"Sumqayıt" "İnter"lə oyunun hazırlıqlarını davam etdirir

"Sumqayıt" "İnter"lə oyunun hazırlıqlarını davam etdirir
XƏBƏR 1 Oktyabr 2013 / 17:29 1198
-  A +

Topaz Premyer Liqasının 9-cu turu çərçivəsində doğma azarkeşləri qarşısında "İnter"lə qarşılaşacaq "Sumqayıt" klubu hazırlığını davam etdirir.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda bu gün Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda məşqə çıxıb.

"Bakı" ilə qarşılaşmada zədələnən Nurlan Novruzov artıq zədəsini sağaldıb və kollektivlə birgə hazırlaşır. Zaur Həşimov isə hələki bərpa prosesi keçməkdədir.

Qeyd edək ki, Orxan Əliyev və Ruslan Nəsirli U-19-un düşərgəsində olduğu üçün hazırlığa nisbətən gec qoşulacaq.

Nəzərinizə çatdıraq ki, "Sumqayıt" - "İnter" oyunu oktyabrın 4-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda saat 16:00-da start götürəcək.

Daha çox


Son xəbərlər