Çinin ən böyük avtomobil markası Geely tarixinin ilk krossoveri Emgrand X7-ni - EX7–ni Bakıda təqdim etdi. Geely salonunda keçirilən təqdimat mərasimində çinlilərin böyük məsuliyyətlə yanaşdığı bu avtomobil qonaqların marağı ilə qarşılandı. Dizayn, rahatlıq, keyfiyyət və təhlükəsizlik dünyanın aparıcı avtomobil brendləri ilə rəqabətə girməkdən çəkinməyən Geely modelində birləşmişdir.
Geely EX7 interyeri məşhur italyan dizayneri Giorgetto Giugiaronun əməyinin təzahürüdür – interyer bir çox texnoloji yeniliklərlə yanaşı, təmkin və minimalizmi də əks etdirir.
Çinlilər avtomobilin sinfinin ən sərfəli əldə olunan krossoveri olmasını da unutmayıblar. Lakin qiymət avtomobilin ölçülərinə təsir göstərməyib - EX7 4541 mm uzunluq, 1833 mm hündürlük və 1700 mm en ilə kifayət qədər geniş SUV kimi özünü təqdim edir.
Bütün Geely komplektasiyasında olduğu kimi, EX7 modeli də zəngin təchizata - ABS+EBD, 7 təhlükəsizlik yastığı, sürətə görə qapıların avtomatik kilidlənməsi və İSO-FİX standartlı uşaq kilidi sistemi, avtomatik kondisioner, CD, radio və 6 dinamik, salonun ön və arxa işıqlardırılması, dəri salon, çoxistiqamətli ön oturacaqlar, yan güzgülərin və arxa şüşənin qızdırılması, sükanda “oğurluq əleyhinə” təhlükəsizlik sistemi və s. kimi özəlliklərə malikdir.
Çinlilər Geely EX7-nin konsepsiyasını hazırlayarkən “özlərini unudublar” desək, yanılmarıq. EX-7 irigövdəli insanların belə, avtomobildə komfortla səyahət edə biləcəkləri beş geniş oturacaqla təchiz edilmişdir.
2.4 l mühərrik həcmli Geely EX7 6-pilləli avtomat sürət qutusu ilə işləyir. Geely EX7 Azərbaycan bazarında avtomat sürət qutusu ilə təqdim edilən ən sərfəli qiymətə malik avtomobildir. Avtomobilin qiyməti 16900 manatdan başlayır.
Qeyd edək ki, Çinin ən böyük və ən sürətlə inkişaf edən avtomobil markası olan Geely avtomobillərini Azərbaycanda Auto Azərbaycan şirkəti təqdim edir. Geely Group Geely, Emgrand, Englon və Gleagle avtomobillərinin istehsalçısı, Volvo İsveç şirkətinin sahibidir. Şirkətin hal-hazırda 55-dən çox ölkədə satış şəbəkəsi var.
Yuxarı
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
UEFA Millətlər Liqasında günün oyun təqvimi
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?