Mançini "Qalatasaray"ı seçməsinin səbəbindən danışdı

Mançini "Qalatasaray"ı seçməsinin səbəbindən danışdı
XƏBƏR 1 Oktyabr 2013 / 10:20 3123
-  A +

"Qalatasaray"ın yeni baş məşqçisi Roberto Mançini İstanbul klubu ilə müqavilə imzaladıqdan sonra ilk açıqlamasını verib.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, işinə başlamaq üçün səbirsizləndiyi deyən italiyalı mütəxəssis "Cim-bom"u seçməsinin səbəbindən danışıb: "Qalatasaray" çox fərqli və çox böyük bir camiəyə sahibdir. Bu da seçimimdə əsas səbəblərdən oldu".

Çempionlar Liqasının qrup mərhələsində sabah "Yuventus"la qarşılaşcaqları matç barədə də danışan Mançini bildirib: "Yuventus" matçında komandanın başında olacam. İlk matçıma İtaliya klubu ilə çıxmaq gözəl təsadüfdür. Torinodakı qarşılaşmanın maraqlı olacağını düşünürəm".

Qeyd edək ki, 48 yaşlı baş məşqçi "Cim-bom"la 3 illik müqavilə imzalayıb.


Son xəbərlər
23.04.26  13:19

Yamal zədələndi

topaz banner