Yurgen Klopp: "Marsel"dən qisas almalıyıq"

Yurgen Klopp: "Marsel"dən qisas almalıyıq"
XƏBƏR 1 Oktyabr 2013 / 00:01 2033
-  A +

"Borussiya" (Dortmund) klubunun baş məşqçisi Yurgen Klopp Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində bu axşam qarşılaşacaqları "Marsel"lə oyuna haqda danışıb.

Qol.Az-ın məlumatına görə, almaniyalı mütəxəssis bu axşam "Marsel"dən qisas almağa çalışacaqlarını bildirib:

"Təcrübəyə ehtiyac yoxdur. İki il öncə də təcrübəmiz var idi. Ancaq "Marsel"ə uduzmuşduq. Artıq bu dəfə qisas almalıyıq. Fransa təmsilçisinin son 5 oyununun videoyazısını izləmişik. Təəssüf ki, biz bu komandaya rəqib olduq. Çünki onlar güclü komandadır. Amma bizim də çox yaxşı komandamız var".

Qeyd edək ki, "Borussiya" 2011-ci ildə "Marsel"ə 2:3 hesabı ilə məğlub olmuşdu. 


Son xəbərlər
23.04.26  13:19

Yamal zədələndi

topaz banner