Mançini rəsmən "Qalatasaray"da

Mançini rəsmən "Qalatasaray"da
XƏBƏR 30 Sentyabr 2013 / 22:41 2629
-  A +

İtaliyalı baş məşqçi Roberto Mançinin "Qalatasaray"a keçidi rəsmiləşib.

Qol.Az-ın klubun saytına istinadən verdiyi məlumata görə, 48 yaşlı mütəxəssislə üç illik müqavilə imzalanıb. Müqaviləyə əsasən Mançini 2013/2014 mövsümü üçün 3.5 milyon, 2014/2015, 2015/2016 mövsümlərində isə 4.5 milyon avro qazanacaq.

Bundan başqa o, yeni komandası ilə kuboklar qazanacağı təqdirdə əlavə gəlirlər əldə edəcək.

Qeyd edək ki, Mançini bundan əvvəl  "Fiorentina", "Latsio", "İnter", "Mançester Siti" kimi klubları çalışdırıb.


Son xəbərlər
23.04.26  13:19

Yamal zədələndi

topaz banner