Mpenza "Neftçi"ni II liqa klubuna dəyişdi

Mpenza "Neftçi"ni II liqa klubuna dəyişdi
XƏBƏR 30 Sentyabr 2013 / 17:04 2796
-  A +

“Neftçi”nin sabiq futbolçusu Emil Mpenzanın klubsuz günləri başa çatıb.

Lent.az-ın məlumatına görə, 35 yaşlı hücumçu Belçikanın II liqasında çıxış edən “Endraxt Alst”la müqavilə bağlayıb.
 
Bu klub hazırda 9 oyundan 8 xalla 18 komanda arasında 14-cü yerdə gedir. Mpenza ilə mövsümün sonunadək anlaşma əldə olunub. Lakin sonradan müqavilə müddəti uzadıla bilər. Onun keçidi “Endraxt Alst”a havayı başa gəlib. Çünki belçikalı forvard ötən mövsümün ortalarında “Neftçi” ilə müqaviləsini pozub.
 
Qeyd edək ki, Emil Mpenza karyerası ərzində 367 oyuna 134 qol vurub. O cümlədən, Mpenza Belçika yığmasında 57 matçda 19 dəfə fərqlənib. Təcrübəli hücumçu “Neftçi”nin heyətinə 2010-cu ilin avqustunda cəlb olunub və 2012-ci ilin yanvarınadək 31 oyuna 6 qolla kifayətlənib.

Son xəbərlər