Ronaldodan azarkeşə dəstək

Ronaldodan azarkeşə dəstək
XƏBƏR 30 Sentyabr 2013 / 16:15 2449
-  A +

“Real"ın (Madrid) futbolçusu Kriştiano Ranoldo etdiyi maraqlı hərəkətlə yenidən diqqət çəkib.

Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, ABŞ-ın Mayami şəhərində hələ bu il avqustun 7-də Madrid klubunun   "Çelsi" ilə oynadığı matçda 19 yaşlı azarkeş meydana daxil olaraq portuqaliyalı hücumçunu qucaqlamışdı.

Ancaq Amerikada yaşamaq istəyən azarkeşin bu hərəkəti səbəbindən ölkədə yaşamağına icazə verilməyəcəyi bildirilib.

Bu vəziyyətə təəssüflənən Ronaldo isə gənc fanatına dəstək olub. O,  Mayami Prokurorluğuna məktub yazaraq onun bağışlanmasını istəyib.

Bu məktubdan sonra prokurorluğun futbolçunun istəyinə necə cavab verəcəyi maraqla gözlənilir.


Son xəbərlər
15.05.24  12:50

Tovuzda master-klass