Luçesku tarixə düşdü

XƏBƏR 30 Sentyabr 2013 / 15:24 2422
-  A +

"Şaxtyor"un baş məşqçisi Mirça Luçesku klubun tarixinə düşüb.

Qol.Az-ın məlumatına görə, 2004/2005 mövsümündən Ukrayna təmsilçisini çalışdıran rumıniyalı mütəxəssis klubdakı 3 min 417-ci gününü geridə qoyub. Bununla da o, Oleq Oşenkovu keçərək klubun tarixində ən uzun müddət işləyən baş məşqçi olub.

Qeyd edək ki, 68 yaşlı M.Luçesku "Şaxtyor"dakı karyerasında ümumilikdə 7 liqa və 5 Ukrayna kubokunu qazanıb və ölkənin futbol tarixinin ən uğurlu çalışdırıcısı olub.


Son xəbərlər
15.05.24  12:50

Tovuzda master-klass