Məşhur “Qalatasaray”lı Mançininin köməkçisi oldu

Məşhur “Qalatasaray”lı Mançininin köməkçisi oldu
XƏBƏR 30 Sentyabr 2013 / 14:05 4224
-  A +

"Qalatasaray"la hər məsələdə razılığa gələn baş məşqçi Roberto Mançinin İstanbul klubundakı köməkçisi məlum olub.

Qol.Az-ın "Hürriyət" qəzetinə istinadən yaydığı məlumata görə, italiyalı mütəxəssis "Cim-bom"da  məşqçi olaraq klubun əfsanəvi futbolçularından Tugay Kərimoğlunun olmasını istəyib. O isə bu təklifi qəbul edərək Mançinin köməkçisi olmağa razılıq verib.

Qeyd edək ki, İstanbul təmsilçisi ilə iki illik müqavilə imzalayacaq baş məşqçi sözləşməsinə İtaliya millisindən təklif gələcəyi zaman klubdan ayrılacağı ilə bağlı maddə əlavə olunmasını istəyib. Bu isə "Qalatasaray" rəhbərliyi tərəfindən qəbul edilib.


Son xəbərlər
23.04.26  13:19

Yamal zədələndi

topaz banner