Fernando Torres 4 oyunluq cəzalandırıla bilər

Fernando Torres 4 oyunluq cəzalandırıla bilər
XƏBƏR 30 Sentyabr 2013 / 12:43 1810
-  A +

İngiltərə Futbol Federasiyası (İFF) "Çelsi" klubunun hücumçusu Fernando Torresi cəzalandıra bilər.

Qol.Az-ın məlumatına görə, buna futbolçunun Premyer Liqanın son turunda "Tottenhem"lə görüşdə rəqib müdafiəçi Yan Vertongenə bilərəkdən xəsarət yetirməsi səbəb olub.

Matçın 81-ci dəqiqəsində ikinci sarı vərəqə ilə meydandan qovulan ispaniyalı futbolçunun bu cəhdi sübuta yetirilərsə, Torres 4 oyunluq cəzalandırılacaq. Belədə 29 yaşlı futbolçu növbəti 4 turda "Norviç", "Kardiff", "Mançester Siti" və "Arsenal"la oyunları buraxmalı olacaq.

Qeyd edək ki, "Çelsi" - "Tottenhem" oyunu 1:1 hesabı ilə başa çatmışdı.


Son xəbərlər
25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner