"Mançester Yunayted" 24 il sonra

"Mançester Yunayted" 24 il sonra
XƏBƏR 30 Sentyabr 2013 / 11:33 2470
-  A +

İngiltərənin "Mançester Yunayted" klubu 24 ildən sonra Premyer Liqada uğursuz startı ilə diqqət çəkib.

Qol.Az-ın "Eurosport.com"a istinadən verdiyi məlumata görə, hazırda 6 oyundan sonra 7 xalla 12-ci pillədə qərarlaşan "qırmızı şeytanlar" bu xalı sonuncu dəfə 1989/1990 mövsümündə toplayıb. O zaman isə klubu Aleks Fergüsson çalışdırıb.

"MY" liqada 12-ci pillədə isə sonuncu dəfə 1986-ci ildə Ron Atkinsonun kluba baş məşqçilik etdiyi vaxtda olub. Devid Moyesin "MY"da uğursuz çıxışına səbəb olaraq isə yarımmüdafiənin yaxşı olmaması, baş məşqçi dəyişikliyi, futbolçuların oyun zamanı səhvlərə yola verməsi, Moyesin futbolçuları əvəzləyərkən yanlış seçimlər etməsi və komandada əvvəlki mübariz ruhun olmaması göstərilir.

Son xəbərlər
23.04.26  13:19

Yamal zədələndi

topaz banner