"Yuventus"da "Qalatasaray"la oyunöncəsi ciddi itki

"Yuventus"da "Qalatasaray"la oyunöncəsi ciddi itki
XƏBƏR 30 Sentyabr 2013 / 10:18 2033
-  A +

"Yuventus" klubu Çempionlar Liqasının qrup mərhələsində qarşılaşacağı "Qalatasaray"la oyun öncəsi ciddi itki ilə üzləşib.

Qol.Az-ın İtaliya mətbuatına istinadən verdiyi məlumata görə, klubun futbolçusu Karlos Tevez A seriyasında "Torino" ilə matçda ayağından zədələnib.

Hücumçu "Twitter" sosial şəbəkəsindəki hesabından ayağının son vəziyyətinin fotosunu paylaşıb. Şəkildə onun ayağında ciddi problemlər olduğu məlum olub.

Bu səbəbdən Tevezin "Qalatasaray"la matçda forma geyinməcəyi bildirilir.

Son xəbərlər