Çixradze: "Müdafiədə oynamağa məcbur olduq"

Çixradze: "Müdafiədə oynamağa məcbur olduq"
XƏBƏR 29 Sentyabr 2013 / 21:32 1669
-  A +

“Oyuna yaxşı başladıq. Rəqibimiz çempionatın liderlərindəndir, güclü komandadır".
 
Qol.Az-ın məlumatına görə, bu sözləri "Simurq" klubnun baş məşqsi Georgi Çixradze "Qəbələ" ilə oyundan (0:0) sonra deyib.

Gürcüstanlı mütəxəssis görüşn 35-ci dəqiqəsində kapitan İlkin Qırtımovun qırmızı vərəqə almasına da münasibət bildirib: "Bu, bizi müdafiədə oynamağa məcbur etdi. Azlıqda qalmağımıza baxmayaraq, komanda yaxşı oynadı. Rəqibə qarşı əks-hücumlarda oynadıq. İkinci hissənin sonlarına yaxın isə qol buraxmamaq haqqında düşünürdük. Komandama mübarizəyə görə təşəkkür edirəm”

Son xəbərlər
23.04.26  13:19

Yamal zədələndi

topaz banner