"Arsenal" "Real"ın daha bir futbolçusunu istəyir

"Arsenal" "Real"ın daha bir futbolçusunu istəyir
XƏBƏR 28 Sentyabr 2013 / 18:06 3726
-  A +

"Arsenal" yanvar ayında "Real" (Madrid) klubunun daha bir futbolçusu transfer edə bilər.

Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, bu mövsüm forma geyindiyi 7 matçda 3 qol və 4 qol ötürməsi ilə yadda qalan hücumçu Kərim Benzemanın komandadan ayılmaq ehtimalları yüksəkdir.

Belə ki, Qaret Beylin start heyətində forma geyməsi fransız oyunçunun matçlarda iştirak etmə şanslarını azaldacaq. "Atletiko" ilə qarşılaşmada forma geyməyəcəyi iddia edilən Benzemanın isə bu səbəbdən klubdan ayrılacağı gözlənilir.

Futbolçu ilə artıq "Arsenal"ın danışıqlara başladığı bildirilib. Madrid klubunun yanvar ayında Benzemanı sataraq Luiz Suarezi transfer edəcəyi iddia edilir.

Son xəbərlər
23.04.26  13:19

Yamal zədələndi

topaz banner