Messi yubiley matçına çıxır

Messi yubiley matçına çıxır
XƏBƏR 28 Sentyabr 2013 / 17:21 2757
-  A +

"Barselona" klubu bu gün İspaniya La Liqasının 7-ci turunda səfərdə "Almeria"nın qonağı olacaq.

Qol.Az-ın "Eurosport.com"a istinadən verdiyi məlumata görə, bu qarşılaşma Kataloniya klubunun futbolçusu Lionel Messi üçün xüsusi əhəmiyyət kəsb edəcək.

Argentinalı hücumçu 10 nömrəli forma ilə 300-cü oyununa çıxacaq. 25 yaşlı oyunçu indiyə kimi 277 rəsmi, 22 hazırlıq matçında bu formanı geyib.

Xatırladaq ki, Messi ilk olaraq 30, daha sonra isə 19 nömrəli forma ilə çıxış edib.

Qeyd edək ki, 2004-cü ildən "Barselona"nın əsas komandasında oynayan futbolçu indiyə kimi Kataloniya klubu ilə 387 matçda iştirak edib və 323 qol vurub.

Son xəbərlər
23.04.26  13:19

Yamal zədələndi

topaz banner