Andre Villaş Boaş: "Mourinyo ilə danışmıram"

Andre Villaş Boaş: "Mourinyo ilə danışmıram"
XƏBƏR 28 Sentyabr 2013 / 15:43 2246
-  A +

"Tottenhem"in baş məşqçisi Andre Villaş-Boaş "Çelsi"nin çalışdırıcısı Joze Mourinyo ilə olan münasibətindən danışıb.

Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, o, portuqaliyalı mütəxəssislə 4 ildir danışmadığını deyib:

"Mourinyo ilə daha dost deyiləm. Bir-birimizə qarşı hörmətimiz var. Amma yaşadıqlarımızı yox saya bilmərik. Onunla münasibətim əvvəlki kimi deyil. Çünki o mənim baş məşqçi olaraq işləməyimin bir zamanlar qarşısını aldı".

Mourinyo isə A.Villaş-Boaşın bu fikrinə belə cavab verib: "Bu cür məsələləri mediaya danışmağı sevmirəm. Çünki özəl məsələdir. Ancaq onun dediklərinə fikir vermirəm".

Son xəbərlər
23.04.26  13:19

Yamal zədələndi

topaz banner