Arsen Venger "Arsenal"da sonsuza qədər qalmaq istəyir

Arsen Venger "Arsenal"da sonsuza qədər qalmaq istəyir
XƏBƏR 28 Sentyabr 2013 / 15:00 1911
-  A +

"Arsenal"ın baş məşqçisi Arsen Venger keçirdiyi mətbuat konfransında maraqlı açıqlamalar verib.

Qol.Az-ın məlumatına görə, 17 ildir London klubunu çalışdıran təcrübəli mütəxəssis hər zaman burada qalmaq istədiyini deyib:

"Sonsuza qədər burada qalmaq istəyərdim. Çünki bu məni ölümsüz edərdi. "Arsenal"ı çox sevirəm. Burada istədiyim kimi işləyə bilirəm. Klubun sahibi Kronkenin məni dəstəkləməsinə çox sevindim".

Qeyd edək ki, S.Kronke sonuncu açıqlamasında Vengeri daha 10 il "Arsenal"da görmək istədiyini deyib.

Son xəbərlər
23.04.26  13:19

Yamal zədələndi

topaz banner