"Məsut Özili və İlkay Gündoğanı transfer edə bilərdik"

"Məsut Özili və İlkay Gündoğanı transfer edə bilərdik"
XƏBƏR 28 Sentyabr 2013 / 11:38 3567
-  A +

Almaniyanın "Bayer" (Leverkuzen) klubunun prezidenti Volfqanq Holzhauser maraqlı açıqlamalar verib.

Qol.Az-ın Almaniya mətbuatına istinadən verdiyi məlumata görə, o illər öncə Məsut Özil və İlkay Gündoğanın komandaya transferi üçün razılığa gəldiyini deyib.

Ancaq klub prezidenti son anda bu transferləri etməkdən imtina etdiyini bildirib: "2008-ci ildə Özili heyətimizə qata bilərdim. Ancaq baş məşqçi ilə 18 yaşındakı biri üçün 5.5 milyon avro verməyə risk etmədik və bir müddət gözləməyə qərar verdik".

İlkayı 2011-ci ildə transferə edə bilməməyinin səbəbini isə Volfqanq belə izah edib: "Ander Şürrlenin transferinə daha çox pul xərclədiyimiz üçün İlkaya 5.5 milyon avroya verməyə cəsarət edə bilmədim".

Son xəbərlər
23.04.26  13:19

Yamal zədələndi

topaz banner