"Traktor Sazi"dən növbəti qələbə

"Traktor Sazi"dən növbəti qələbə
XƏBƏR 28 Sentyabr 2013 / 00:35 1799
-  A +

Təbrizin "Traktor Sazi" klubu ötən gün İran çempionatında növbəti matçına çıxıb.

Qol.Az-ın məlumatına görə, Təbriz təmsilçisi XI tur çərçivəsində öz meydanında  "Naft Tehran" klubu ilə qarşılaşıb.

Görüş "Traktor Sazi"nin minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0.

Oyunun 8-ci dəqiqəsində Kərim Ansari fərqlənib.

Qeyd edək ki, "Traktor Sazi" 11 turdan sonra 19 xalla turnir cədvəlinin IV pilləsində qərarlaşıb.

Son xəbərlər
25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner