Zinəddin Zidan "Qalatasaray"ı çalışdıra bilər

Zinəddin Zidan "Qalatasaray"ı çalışdıra bilər
XƏBƏR 27 Sentyabr 2013 / 17:28 3811
-  A +

Fatih Terimin istefaya göndərilməsindən sonra Türkiyənin “Qalatasaray” futbol komandasının baş məşqçi postuna namizədlər sırasında Zinəddin Zidan da göstərilməyə başlayıb.

Lent.az-ın məlumatına görə, hazırda İspaniya Madrid "Real"ında baş məşqçi Karlo Ançelottinin köməkçisi vəzifəsində çalışan əfsanəvi futbolçunu “Cim-Bom” rəhbərliyinə yaxın şəxs təklif edib.
 
Həmin şəxs birbaşa “Qalatasaray” prezidenti Ünal Aysala mesajında Zidanın baş məşqçi kimi fəaliyyətə başlamaq istədiyini yazıb. Mesajda fransalı ulduzun “sarı-qırımızılar”dan təklif gəlsə, müsbət yanaşacağı da yer alıb.
 
Qeyd edək ki, “Qalatasaray”ın baş məşqçi postuna əsas namizədlər arasında Roberto Mançini, Roberto Di Matteo və Dik Advokatın adları daha çox hallanır. 

Son xəbərlər
23.04.26  13:19

Yamal zədələndi

topaz banner