"Barselona"nın sabiq futbolçusuna 12 aylıq cəza

"Barselona"nın sabiq futbolçusuna 12 aylıq cəza
XƏBƏR 27 Sentyabr 2013 / 14:12 2630
-  A +

"Barselona" və "Çelsi"nin keçmiş futbolçusu Deku 12 aylıq cəzalandırılıb.

Qol.Az-ın "Goal.com"a istinadən verdiyi məlumata görə, Braziliya idman məhkəməsi portuqaliyalı oyunçuya bu cəzanı "Fluminense"nin heyətində oynayarkən dopinqdən istifadə etdiyi üçün verib.

Avqust ayından futboldan getdiyini açıqlayan Deku yenidən yaşıl meydanlara qayıdacağı təqdirdə bu cəza səbəbindən bir il futbol oynaya bilməyəcək.

Qeyd edək ki, 36 yaşlı yarımmüdafiəçi son olaraq ötən mövsüm  "Fluminense"də forma geyib.

Son xəbərlər
23.04.26  13:19

Yamal zədələndi

topaz banner