"Mourinyoya bənzəmirəm"

"Mourinyoya bənzəmirəm"
XƏBƏR 27 Sentyabr 2013 / 10:48 2097
-  A +

"Tottenhem"in baş məşqçisi Andre Villaş-Boaş  "Çelsi"nin çalışdırıcısı Joze Mourinyoya bənzədilməsinə münasibət bildirib.

Qol.Az-ın məlumatına görə, hər iki mütəxəssis ilk dəfə "Porto"da diqqətləri çəkib və ikisi də "Çelsi"ni çalışdırıb.

"L’Equipe"ə danışan A.Villaş-Boaş portuqaliyalı mütəxəssisə bir oxşarlığı olmadığını deyib: "Bunu bir çox səbəblərdən dolayı qəbul etmək çətindir. Məşqçiliyi Mourinyonun sayəsində öyrənmişəm. Ancaq xarakter,  çalışma forması, futbolçularla münasibətdə tamamilə fərqliyik və fərqli fəlsəfələrə sahibik".

Qeyd edək ki, İngiltərə Premyer Liqasında bu həftə "Tottenhem" "Çelsi"ni qəbul edəcək.


Son xəbərlər
23.04.26  13:19

Yamal zədələndi

topaz banner